Xəbər lenti

Ekonomiks 16:55 19.01.2026

"İvanovka" "Atena" və digər rəqibindən şikayətçidir

Süd məhsulları bazarında fəaliyyət göstərən İvanovka Süd Məhsulları MMC iki ayrı rəqib şirkət barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib.

Valyuta.az xəbər verir ki, "İvanovka Süd Məhsulları” MMC-nin müraciəti əsasında Master Milk MMC barəsində aparılan araşdırmalar zamanı süd məhsullarının istehsalı və satışı prosesində rəqabət qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib.

Araşdırma nəticəsində Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinə əməl olunmadığı müəyyənləşdirilib. İşə baxılması yekunlaşıb və şirkətə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması, həmçinin gələcəkdə bu cür pozuntulara yol verilməməsi barədə rəsmi göstəriş təqdim olunub.

Eyni zamanda "İvanovka Süd Məhsulları” MMC Atena MMC ilə bağlı da Agentliyə müraciət edib. Aparılan araşdırmalar zamanı süd məhsullarının istehsalı və satışı sahəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edilib.

Bu iş üzrə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci maddəsinin tələblərinin pozulduğu aşkarlanıb. Araşdırma yekunlaşdıqdan sonra "Atena” MMC-yə də yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və gələcəkdə analoji pozuntulara yol verilməməsi ilə bağlı müvafiq göstəriş verilib.

--> -->