Sənət 15:59 12.11.2022

İzləyicilər Puqaçovanın İsraildə kosertdə çəkilmiş bu şəklində tanımadılar (FOTO)

Rusiyalı müğənni Zivert (əsl adı Yuliya Sıtnik) İsraildə konsert verib. Tamaşaya Rusiya Federasiyasını tərk edən sənətkar Alla Puqaçova da gəlib.

Qaynarinfo bu haqda "Unian"a istinadla xəbər verir

Sosial şəbəkələrdə ifaçı Zivert Primadonnaya sevgisini etiraf edib və Alla Borisovna ilə birgə şəklini paylaşaraq qeyd edib:

"O. Tək və təkrarolunmaz. Oxuyan qadın, təşəkkür edirəm. Mənim əbədi ilhamvericim!" 

Bir qədər əvvəl Puqaçova İnstaqramda bu konsertdən sonra Zivertə komlimentlər yağdırıb:

"Gözəl, istedadlı və ağıllı müğənni Zivert, həmişə olduğu kimi, mənim ürəyimi və Tel-Əvivdə vəcdə gəlmiş tamaşaçılarla dolu böyük salonu fəth etdi. Bravo".

Şəbəkə iki ulduzun şəklini fərqli şəkildə qəbul edib - bəziləri hər ikisinin gözəlliyinə heyran olub, bəziləri yenidən Puqaçovanı həddindən artıq incəliyinə və fotoşəkil üçün çox yaxşı poza vermədiyinə görə qınamağa başlayıb, deyiblər ki, kadrda bükülməmək də olardı.

"Puqaçova gözəldir!"
"Ah, mən Alla Borisovnanı dərhal tanımadım"
"Puqaçova fotoda haradadır?"
"Qurumuş qoca gəncliyin fonunda"
"Niyə bu qədər bükülüb?". 

Xatırladaq ki, Rusiya səhnəsinin primadonnası uşaqları və əri Maksim Qalkinlə birlikdə Rusiya Federasiyasını tərk edib. Onlar İsraildə "məskunlaşıblar” və Alla Borisovna hətta bu ölkədən pasport alıb.

Qalkin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını açıq şəkildə pisləyir və ukraynalı qaçqınlara maddi yardım edir. Buna görə o, Rusiya Federasiyasında "qadağan edilib", "xarici agent" kimi tanınıb.

Puqaçova dəfələrlə açıq şəkildə putinistləri pisləyib və onları tutduqları mövqeyə görə qul adlandırıb.

Alpər