XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Harri Potter"in ulduzu bağbanla evləndi (FOTO)
Maqazin14:28 26.08.2026

"Harri Potter"in ulduzu bağbanla evləndi (FOTO)

İrlandiyalı məşhur aktrisa, “Harri Potter” filmində Luna Lavqud obrazını canlandıran Evanna Linç ailə qurub. 35 yaşlı aktrisanın seçdiyi şəxs fransalı bağban Denis Skinner olub.

Qaynarinfo “Daily Mail”ə istinadən xəbər verir ki, cütlük toy tarixini astroloqla birlikdə seçib. Onlar avqustun 21-də Günəş tutulmasının baş verməyəcəyinə əmin olmaq istəyiblər. Toy mərasimi Londonda keçirilib və tədbirdə 20 qonaq iştirak edib.

Gəlin toy üçün ağ korset və ətək seçib. Bəy isə tünd yaşıl kostyum, ağ köynək geyinib və obrazını parlaq qalstukla tamamlayıb. Maraqlıdır ki, aktrisa nişan üzüyü əvəzinə həyat yoldaşına onun itinin dişinin təsviri olan boyunbağı hədiyyə edib.

Cütlük beş il əvvəl tanış olub, 2023-cü ildə isə nişanlanıb. Evanna Linç daha əvvəl “Harri Potter” filmində də rol alan aktyor Robbi Cervis ilə münasibətdə olub. Lakin onların münasibəti uzun çəkməyib.

Aydın