Xəbər lenti

Kevin Medina üçün 2022-ci il başa çatdı
İdman 10:41 07.12.2022

Kevin Medina üçün 2022-ci il başa çatdı

Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan uzaqda qalacaq.

İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi 2-3 gündən sonra komanda ilə məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->