Xəbər lenti

KİV: Kuba ABŞ müdaxiləsi ehtimalına görə əhaliyə silah paylayır
Dünya 15:10 07.06.2026

KİV: Kuba ABŞ müdaxiləsi ehtimalına görə əhaliyə silah paylayır

Kuba hakimiyyəti mülki əhaliyə silah paylamağa başlayıb və yerli sakinləri ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşmağa rəsmi şəkildə çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Venesuelanın "Diario Versión Final” nəşri məlumat yayıb.

Silah paylanmasının səbəbi kimi ABŞ-ın ada yaxınlığında hərbi mövcudluğunu artırması və ABŞ dövlət katibi Marko Rubionun Kubanı "uğursuz dövlət” adlandıraraq onu qonşuları üçün təhlükə kimi xarakterizə etməsi göstərilir.

CNN müxbiri Patrik Oppmannın sözlərinə görə, döyüş ssenarisinə hazırlıq o həddə çatıb ki, dövlət binalarının idarəçiləri kirayəçilərlə hərbi logistika məsələlərini müzakirə edirlər.

"Bizim əsas ofislərimizin yerləşdiyi dövlət binasında idarəçilərdən biri yaxınlaşaraq soruşdu ki, işğal baş verərsə ofisə ehtiyacımız olacaqmı”, deyə jurnalist bildirib.

Yerlı sakinlərin ifadələrinə görə, əhali arasında əhval-ruhiyyə narahatlıqla yorğunluq arasında dəyişir: bəzi kubalılar uzunmüddətli böhrandan bezdiklərini və "nə olursa-olsun, bunun artıq bitməsini istədiklərini” deyirlər.

Samir
--> -->