Xəbər lenti

İdman 11:00 24.10.2023

Klub rəhbərliyi qarşı çıxdı, azarkeşlər veclərinə almadı

Şotlandiya təmsilçisi "Seltik" in fanatları İsrailin Qəzzaya hücumları səbəbilə Fələstini dəstəkləməyə davam edir.

Qaynarinfo-nun məlumatına görə, Şotlandiya çempionatında baş tutan və "Seltik"in 4:1 hesabı ilə qalib gəldiyi "Hearts"la səfər matçında komandalarına dəstək olmaq üçün tribunalarda yer alan yüzlərlə qonaq azarkeş Fələstin bayrağını açıb. Klub rəhbərliyinin tənqidlərinə rəğmən Fələstinə dəstəyini davam etdirən "Seltik" azarkeşləri UEFA Çempionlar Liqası çərçivəsində çərşənbə günü öz meydanında oynanılacaq "Atletiko" ilə matçda da bu dəstəyi davam etdirməyi planlaşdırır.

Rəhbərliyin "Seltik"in siyasi təşkilat deyil, futbol klubu olduğunu bildirməsinə rəğmən azarkeşlər "Futbol azarkeşlərinin və sadə vətəndaşların cəmiyyətin digər təbəqələrində olduğu kimi, tribunalarda öz siyasi fikirlərini ifadə etmək hüququna malik olduğuna inamımız sarsılmaz olaraq qalır. "Seltik"in tarixini və ənənələrini aşağılayan elitar bir idarə heyəti tərəfindən diktə edilməyəcəyik" - şəklində bəyanat verərək onların siyasi fikirlərini tribunalarda söyləmək hüquqları olduğunu bildiriblər.

"Seltik” azarkeşləri əvvəlki illərdə də tribunalarda bayraqlar və müxtəlif pankartlarla Fələstinə dəstək vermişdilər.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?