2024-cü ildə dövlət büdcəsinin xərcləri proqnozun (39,7 mlrd.) 95 faizi həcmində və ya 37,7 mlrd. manat icra edilmişdi. Bu 2023-cü illə müqayisədə 1,3 mlrd. manat və ya 3,4 faiz çoxdur.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib:
Deputat bildirib ki, nəzərdən keçirilməli üçüncü göstərici büdcə kəsiridir:
"Dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla, yəni 3,3 milyard manatla müqayisədə 6,1 dəfə az olmuşdur. Nəticədə kəsirin ÜDM-də payı proqnozlaşdırılan 2,8 faizdən 0,4 faizə enib".
Qafqaz Rafiqoğlu
Şərhlər