Xəbər lenti

Dünya 16:13 01.02.2024

Kreml Ankara ilə rusiyalı müştərilərin bank hesablarının bağlanmasını müzakirə edir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml türk bankları tərəfindən Rusiya şirkətləri və fiziki şəxslərin əməliyyatlarına qoyulan məhdudiyyətlərdən xəbərdardır. Onun sözlərinə görə, hazırda Moskva və Ankara bu problemlərlə bağlı fəal dialoq aparır.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.

"Onlara nəyin səbəb olduğu aydındır. Bunlara, ilk növbədə, ABŞ nümayəndələrinin Türkiyə və türk şirkətlərinə göstərdiyi misli görünməmiş, açıq və aqressiv təzyiqlər səbəb olur”, - deyə Peskov konfrans zamanı bildirib.

O, "belə təzyiqlərin iki ölkə xalqlarının mənafeyinə uyğun olan əməkdaşlığımızın və ikitərəfli münasibətlərimizin inkişafına mane olmamasına” dair anlayışın olduğunu vurğulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->