Xəbər lenti

Ekonomiks 18:24 24.10.2025

"La Marine" restoranı cərimələndi: İcazəsiz reklam yerləşdirib

Bakı şəhəri (Şıxov), Salyan şosesində yerləşən məşhur "La Marine" restoranı cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən "La Marine" restoranı barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məlum olub ki, "La Marine" restoranın rəhbərliyi reklam haqqında icazələrin şərtlərini pozaraq obeyktin üzərində müvafiq icazə olmadan 2 ədəd reklam yerləşdirib. 

Məhkəmənin hökmü ilə "La Marine"nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->