Xəbər lenti

Dünya 17:30 03.04.2024

Lukaşenko kiminlə və hansı müharibəyə hazırlaşır? (ŞƏRH)

"Lukaşenkonun bu açıqlaması Belarus xalqını qorxutmağa hesablanıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin müharibəyə hazırlaşdığı barədə səsləndirdiyi ifadəni şərh edərkən deyib.

Politoloqa görə bu, çox səfeh bəyanatdır:
 
"Lukaşenkonun bütün hərəkətləri səfehliyindən irəli gəlir. Belarusun müharibəyə hazırlaşdığı barədə verdiyi bəyanat da onun səfeh olduğunun növbəti göstəricisidir. Belarus kimlə müharibə aparacaq, Qərblə? Qərb Belarusu, onun müttəfiqini də məhv etmək gücündədir. 



Qərbin Belarusla müharibə aparmaq niyyəti yoxdur. Bu sadəcə olaraq, Lukaşenkonun növbəti uydurmasıdır. Belarus prezidentinin belə bir açıqlama ilə çıxış etməsinin arxasında ölkə xalqını qorxutmaq, öz ətrafında birləşdirməyə çalışmaq məqsədi dayanıb. Ona görə də indi təhlükə olduğu, müharibəyə hazırlaşdıqları uydurmasını ortaya atır. Göstərmək istəyir ki, guya "Batka" olmasa, Belarus xalqı məhv olar. Lukaşenonun istədiyi budur".

Qeyd edək ki, Belarus mətbuatının yazdığına görə, bu ölkənin Aleksandr Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı Belarusun müharibəyə hazırlaşdığını bildirib. O qeyd edib ki, Belarusda bunun üçün lazımi hazırlıq işləri görülür, qoşunlara müxtəlif növ silah və texnika verilir:

"Heç kimə inanmayın ki, biz döyüşmək istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. "Sülh istəyirsənsə, müharibəyə hazırlaş" fikrini mən söyləməmişəm. Bu, çox düzgün deyilib".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->