Xəbər lenti

Lüks otellərdə pulsuz krallar kimi yaşayan hakerin macərası polisdə bitdi
Dünya 18:34 20.02.2026

Lüks otellərdə pulsuz krallar kimi yaşayan hakerin macərası polisdə bitdi

İspaniyada ağılasığmaz bir kiberdələduzluq üsulu ilə lüks otellərdə demək olar ki, pulsuz qalan 20 yaşlı gənc polis əməliyyatı ilə tutulub. 

Qaynarinfo xəbər verir k, ödəniş sistemindəki boşluqdan istifadə edərək minlərlə avroluq otaq haqqını cəmi 1 sentə gətirən şəxs, Madriddə qaldığı son oteldə yaxalanıb və həbs edilib.

İspaniya Milli Polisi açıqlayıb ki, gənc haker onlayn rezervasiya saytlarının ödəniş doğrulama mexanizmini manipulyasiya edən xüsusi proqram təminatı hazırlayıb. Bu üsulla əməliyyatlar sistemdə "tam ödəniş edilib” kimi göstərilsə də, əslində bank hesablarından yalnız 1 sent götürülüb. Rəsmi şəxslər bildirir ki, bu üsul ölkədə ilk dəfə aşkarlanıb və olduqca mürəkkəb struktura malikdir.

Fırıldaq, rezervasiya saytındakı əməliyyat uyğunsuzluqlarını fərq edən əməkdaşların polisə məlumat verməsi ilə üzə çıxıb. Araşdırmada məlum olub ki, normalda gecəliyi 1.000 avro olan otaqların ödənişi, otel qeydiyyatına bir neçə gün sonra düşəndə, əsl məbləğin komik səviyyədə olduğu aşkarlanıb.

Tutulan şəxs yalnız otaq ödənişlərində deyil, otel daxilindəki əlavə xərclərdə də oxşar yanaşma nümayiş etdirib. Polis məlumatına görə, gənc qaldığı müddətdə mini bardakı içkiləri də sərbəst istifadə edib, ödəniş etmədən oteldən çıxıb. Yalnız bir otel şəbəkəsinə verdiyi zərərin 20 min avronu öt­düyü bildirilib.

Madriddə dörd gecəlik, ümumi dəyəri 4 min avro olan rezervasiya zamanı həbs edilən gənc haker indi lüks otel otaqları əvəzinə həbsxana hücrəsi ilə üz-üzədir. Kibercinayətlər üzrə mübarizə qrupu isə bu üsulun digər platformalarda istifadə edilib-edilmədiyini müəyyən etmək üçün geniş araşdırma aparır.

Aydın
--> -->