Xəbər lenti

Madər Musayev harda dəfn ediləcək? -
Ölkə 14:49 14.07.2023

Madər Musayev harda dəfn ediləcək? - "Vəsiyyətinə uyğun olaraq..."

Bu gün 75 yaşında vəfat edən deputat Madər Musayev dəfn yeri məlum olub. 

Yaxınlarının Qaynarinfo-ya verdiyi məlumata görə, mərhum bu gün saat 17:00-da öz vəsiyətinə uyğun olaraq Binəqədi kənd qəbrıstanlığında dəfn olunacaq. 

Qeyd edək ki, bir neçə gün öncə Madər Musayev ayağı sınıb. Onun başqa xəstəlikləri də olduğundan ayağının sınması ciddi fəsadlar yaradıb. Dünən xəstəxanadan evə gətirilib və bu gün dünyasını dəyişib. 

Xatırladaq ki, Madər Musayev XII çağırış Azərbaycan Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bütün çağırışlarında deputat olub. O, ümumilikdə 7 dəfə deputat mandatı daşıyıb.

Madər Musayev müxtəlif illərdə "Şöhrət”, "Şərəf” və "Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->