Xəbər lenti

Mahir Emreli imza üçün Konyada
İdman 13:37 13.02.2023

Mahir Emreli imza üçün Konyada

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli "Konyaspor"la anlaşıb.

Qaynarinfo-nun yerli mətbuata istinadən məlumatına görə, "Konyaspor” hücum xəttini Emreli ilə gücləndirmək üzrədir. 26 yaşlı hücumçu klubla müqavilə imzalamaq üçün artıq Konyadadır. Gün ərzində keçiriləcək sağlamlıq müayinəsindən sonra onu yaşıl-ağ rənglərə bağlayacaq müqaviləyə imza atacaq.
 
Emrelinin "Konyaspor"da mövsümün sonuna qədər icarə əsasında oynayacağı bilidirilir.

Mahirin "Dinamo" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->