İdman 13:51 14.02.2023

Mahir Emreli rəsmən "Konyaspor"da

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə klubu "Konyaspor”a transferi rəsmiləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, milli komandamızın üzvü mövsümün sonunadək Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan icarəyə götürülüb. 

"Konyaspor" həmçinin "Mançester Siti"dən 26 yaşlı yarımmüdafiəçi Marlos Morenonu da icarəyə götürüb. Hər iki futbolçu üçün yaxın günlərdə MEDAŞ Konya Böyükşəhər Stadionunda imza mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 39 oyun keçirib, 5 qol vuran Mahir Emrəli indiyədək "Dinamo"dan başqa "Bakı", "Qarabağ" və Polşanın "Legiya" klublarına çıxış edib.

Aydın