Xəbər lenti

Dünya 16:23 04.11.2023

Mahmud Abbasın Moskva səfəri niyə təxirə salındı? (ŞƏRH)

"Mahmud Abbasın Moskvaya səfəri Fələstin daxilindəki müxtəlif qruplar arasında danışıqların yekunlaşmaması səbəbindən təxirə salınıb".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Vüqar Zifəroğlu Fələstin prezidenti Mahmud Abbasın noyabrın 15-də Rusiyaya olacaq səfərinin təxirə salınması haqqında danışarkən deyib.

Ekspert qeyd edib ki, hazırda Moskva və İran formatında HƏMAS liderlərilə də görüşlər keçirilir:

"Fələstindəki müxtəlif hərəkatlar daxilində birlik yoxdur. Qruplaşmalar öz aralarında məsləhətləşmələri davam edirlər. Vahid mövqe sərgiləmək hələ mümkün olmayıb".



Həmsöhbətimizə görə, Mahmud Abbasın səfəri təxirə salması bölgədə eskalasiyanın artıq kifayət qədər ciddi mərhələyə qədəm qoyması ilə də bağlı ola bilər:

"Yəmən müharibəyə qoşuldu. Eyni zamanda, İsraillə sərhəddə olan bir sıra ərəb ölkələrində müəyyən proseslər gedir. Misir və İordaniyada ciddi narazılıqlar var. Livanda "Hizbullah”la bağlı da müəyyən proseslər gedir. Yəni, proseslər sürətlə inkişaf edir. Odur ki, danışıqların daha fərqli formatlarda aparılması planlaşdırılıb. Ümumiyyətlə, Tehran və Moskva platformaları hər zaman Fələstin daxilindəki hərəkətların öz aralarında danışıqlar aparmasına xidmət edib. Bu mənada, Fələstin prezidentinin səfərinin ertələnməsi bununla da əlaqədar ola bilər. Yəqin ki, danışıqlar aparıb, bəzi detalların, məqamların aydınlaşdırılmasına ehtiyac var”. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Fələstin prezidenti Mahmud Abbasın Moskvaya səfəri təxirə salınıb. Məlumatda bildirilib ki, Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə baş tutmayacaq.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->