Xəbər lenti

Dünya 16:10 15.04.2024

Makron Olimpiya Oyunları zamanı Ukrayna və Qəzzada atəşkəsə çağırdı

Fransa prezidenti Emmanuel Makron Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukrayna və Qəzza zolağında atəşkəsə nail olmaq niyyətini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə BFMTV və RMC telekanallarına müsahibəsində bildirib

"Olimpiya barışığı istiqamətində çalışacağıq. Mən çoxsaylı tərəfdaşlarımızı bu işə cəlb etməyə çalışacağam”, - deyə Makron bildirib.
 
Onun sözlərinə görə, bu məsələdə kömək üçün bir neçə həftədən sonra Fransaya gələcək Çin prezidenti Si Szinpinə müraciət etmək niyyətindədir.

"2022-ci ildə Çinin ev sahibliyi etdiyi Qış Olimpiya Oyunları öncəsi də eyni vəzifə ilə üzləşmişdik. Ona görə də bu, həm də dünya üçün diplomatik məqam ola bilər”, - Franda prezidenti vurğulayıb. 

Qeyd edək ki, martın ortalarında Makron ilk dəfə Ukrayna televiziyasına müsahibəsində Olimpiya Oyunları zamanı Ukraynada atəşkəs rejimini Rusiyaya təklif edəcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna cavab olaraq Fransanı ilk növbədə Kiyevə silah tədarükünü dayandırmağa çağırıb və Qəzza zolağında HƏMAS-a qarşı müharibə aparan İsraildən hərbi əməliyyatları dayandırmağı tələb etməyi təklif edib.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Makronun belə bir təklifi barədə heç nə bilmədiyini bildirib. O, həmçinin qeyd edib ki, Moskva istənilən təşəbbüsləri nəzərdən keçirməyə hazırdır, lakin öz maraqlarından və münaqişə zonasındakı vəziyyətdən çıxış edəcək.

Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək. 

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?