Ölkə 13:53 16.08.2022

Manaf Ağayev xalqa müraciət etdi: Təcili əməliyyata ehtiyacı var (FOTO)

Müğənni Manaf Ağayev Qarabağ qazisi Yusif Ağaməmmədovla bağlı xalqa müraciət edib.

Qaynarinfo xəbər verir ki, müğənni müraciətində hazırda ayaqlarında problem olan Qarabağ qazisinə maddi yardım olunmasını istəyib:

"Dəyərli izləyicilərim, əziz xalqım 5 medalla təltif olunmuş qazimiz, mərd oğul Ağaməmmədov Yusif Füzuli oğlunun onurğa sütunundan aldığı güllə yaralarına görə hazırda ayaqları işləmir. Qazimizin təcili əməliyyata ehtiyacı var. Hər birinizdən qazimizə dəstək olmağınızı xahiş edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də kömək olsun. Amin”.

Bahar Rüstəmli