"Qızımın toyunda pulum yox idi. Manaf Ağayevdən borc istədim, amma vermədi".
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Rəngarəng" verilişində deyib.
O bildirib ki, övladına toy edən zaman pulu olmayıb, müğənni Manaf Ağayevdən kömək istəsə də, imtina cavabı alıb.
Mənzurə daha sonra hazırda 30 min manat borcu olduğunu bildirib.
Şərhlər