Xəbər lenti

Məhkəmə Samirənin qızı ilə bağlı qərar verdi
Maqazin 14:57 20.02.2026

Məhkəmə Samirənin qızı ilə bağlı qərar verdi

Meyxanaçı Samirə Yusifqızının qızı Fərəh 500 manat cərimələnib.

Bu barədə Qaynarinfo-ya Samirə özü məlumat verib.

Qərarı Xətai Rayon Məhkəməsi qəbul edib. Fərəhin ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinənin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.

"Qızım və mənim üçün bu qədər narahat olanlara səslənirəm, sakit olsunlar, ürəkləri gəlsin yerinə", deyə Samirə Yusifqızı bildirib.

Qeyd edək ki, bundan əvvəl Samirə Yusifqızının qızı Fərəhin saxlanılması barədə xəbər yayılıb. Buna səbəb onun sosial mediada yayılan görüntüləri olub. Fərəh həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı bütün qadınların qəzəbinə tuş gəlib. Samirə Yusifqızı isə övladının hərəkətinə görə Azərbaycan xalqından üzr istəyib.

Ötən gün Samirə Yusifqızı Qaynarinfo-ya açıqlamasında bildirmişdi ki, Fərəhi "Samirəqızı" təxəllüsündən məhrum edib: "Qızıma bir kəlmə dedim ki, mənim adımı götür üstündən. Heç vaxt heç yerdə Fərəh Samirəqızı demə. Mənim qızıma cəzam bu oldu, vəssalam".

Bahar Rüstəmli


--> -->