Dünya 10:24 27.08.2022

MAQATE-nin Zaporojye AES-ə missiyası baş tuta bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye atom elektrik stansiyasına missiyası 29 avqust 2022-ci il bazar ertəsi günü baş tuta bilər.

Bu barədə Qaynarinfo "The Wall Street Journal”a istinadən xəbər verir.

Nəşr danışıqların iştirakçılarına istinadən yazır ki, səfər gələn həftənin əvvəlinə hazırlanır. Ehtiyat hissələrinin, radiasiyaya nəzarət cihazlarının və digər həyati vacib materialların Zaporojye AES-nə çatdırılması gözlənilir.

İki mənbə deyir ki, missiya gələn həftənin əvvəlində nüvə stansiyasına "demək olar ki, mütləq” baş çəkəcək. Hazırlıqlar tam sürətlə gedir. Digər həmsöhbət hələlik səfərin avqustun 29-na planlaşdırıldığını vurğulayıb.

Nizami Bağırov