Paris Apellyasiya Məhkəməsi parlamentdə təmsil olunan sağçı, Fransa Milli Birlik Partiyasının lideri Marin Le Pen barəsində Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə çıxarılan ittiham hökmünü qüvvədə saxlayıb.
Qayanrinfo xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
Bununla yanaşı, "France Presse" (AFP) agentliyinin məlumatına görə, məhkəmə fransalı siyasətçi barəsində çıxarılan hökmü yüngülləşdirib. Bu qərar Le Penə formal olaraq 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürmək imkanı verir.
Xatırladaq ki, martın 31-də Marin Le Pen və Milli Birlik Partiyasından olan daha səkkiz deputat Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün ayrılmış vəsaitlərin mənimsənilməsi işi üzrə təqsirli bilinmişdilər.
Le Pen dörd il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin beş il müddətinə dövlət vəzifələrinə seçilmək hüququndan məhrum olunmuşdu. Bildirilmişdi ki, o, cəzasını həbsxanada deyil, elektron nəzarət qolbağı ilə ev dustaqlığında çəkəcək.
Aydın
Şərhlər