Xəbər lenti

Medina “Qarabağ”dan gedir? (AÇIQLAMA)
İdman 08:53 20.07.2023

Medina “Qarabağ”dan gedir? (AÇIQLAMA)

"Qarabağ”ın müdafiəçisi Kevin Medina Türkiyə Superliqa təmsilçisi "Çaykur Rizəspor”a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, "qafqazinfo”ya açıqlama verən kolumbiyalı müdafiəçi danışıqlar getdiyini, amma hələ hər şeyin dəqiqləşmədiyini bildirib:

"Danışıqlar gedir, amma heç nə konkretləşməyib. Təklif çoxdan var idi. Mən gedib-getməyəcəyimlə bağlı qərarımı kluba demişəm. Lakin bunu sizə açıqlaya bilməyəcəm. Yaxın günlərdə nə baş verəcəyini görəcəyik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->