Xəbər lenti

Ekonomiks 17:17 16.11.2023

Məşhur kurort direktorunun külli miqdarda borcu yarandı

"Naftalan" Sanatoriya-Kurort Birliyi direktorunun ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
 
Qaynarinfo-nun məlumatına görə, birliyin qanuni təmsilçisi, baş direktoru Hatəm Qocayev Əli oğlunun rəhbərlik etdiyi turizm mərkəzinə görə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 366 660.29 manat vergi borcu yaranıb. Sözügedən vergi borcunun ödənilməsi ilə bağlı müvafiq qurum tərəfindən xəbərdarlıq edilib. 
 

Hatəm Qocayev həmçinin "Park-Naftalan” Müalicə Mərkəzinin direktorudur. Qeyd edək ki, ötən ilin sentyabrın 19-da "Park-Naftalan” Müalicə Mərkəzinə hücum edilməklə Hatəm Qocayev gündəmə gəlmişdi. "Park-Naftalan” Müalicə Mərkəzinin direktoru Hatəm Əli oğlu Qocayev baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova mürciət edərək rəhbəri olduğu mərkəzə edilmiş basqınla bağlı tədbir görülməsini xahiş etmişdi. Hatəm Qocayev uzun illər YAP-ın Naftalan şəhər təşkilatının sədri olub. O, həmçinin şəhərdə nüfuzlu iş adamı kimi tanınır. Hatəm Qocayevin oğlu Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisidir.
 
Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?