XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-dan İranda toy mərasiminə hücum: 2 nəfər ölüb, 50 nəfər yaralanıb
Dünya00:18 02.09.2026

ABŞ-dan İranda toy mərasiminə hücum: 2 nəfər ölüb, 50 nəfər yaralanıb

ABŞ ordusunun İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi obyektə hücumu nəticəsində 2 nəfər ölüb, yaralananların sayı 50-yə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusu Sirik şəhərində yaşayış məntəqələrindən birinə hava zərbəsi endirib. Zərbə toy mərasiminin keçirildiyi obyektə dəyib.

İlkin məlumatda hücum nəticəsində bir neçə nəfərin yaralandığı, ölənlərin olmasının da istisna edilmədiyi bildirilmişdi. Daha sonra yaralıların sayının 20 nəfər olduğu açıqlanıb.

Son məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, yaralananların sayı isə 50 nəfərə çatıb.