XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Azər-Türk Bank”ın nağd vəsaitləri 54% azalıb
Ekonomiks00:13 02.09.2026

“Azər-Türk Bank”ın nağd vəsaitləri 54% azalıb

“Azər-Türk Bank”ın 2026-cı il iyunun 30-na cəmi aktivləri 2 milyard 48,3 milyon manat təşkil edib.

Qaynarinfo Valyuta.az-a istinadla xəbər verir ki, ötən ilin eyni dövründə bankın aktivləri 1 milyard 918,4 milyon manat olub.

Beləliklə, aktivlər bir il ərzində 129,8 milyon manat və ya 6,8% artıb.

Hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri 475,1 milyon manatdan 217,4 milyon manata enib. Bu, 257,7 milyon manat və ya 54,2% azalma deməkdir.

Ticarət və investisiya qiymətli kağızlarının həcmi isə 2025-ci ilin eyni dövründəki 202,5 milyon manatdan 207,1 milyon manata yüksəlib.

Artım 4,6 milyon manat və ya 2,3% təşkil edib.

Banklar və digər maliyyə institutlarındakı depozitlərdə kəskin artım qeydə alınıb.

Bu göstərici 366,6 milyon manatdan 730,3 milyon manata çataraq 363,6 milyon manat və ya 99,2% artıb.

Əksinə, banklar və digər maliyyə institutlarına verilən kreditlər 17,3 milyon manatdan 8,5 milyon manata düşüb.

Nəticədə göstərici 8,8 milyon manat və ya 50,9% azalıb.