İdman 13:00 30.12.2022

Messi və Ronaldo Pelenin ölümünə belə münasibət bildirdilər

Argentina millisinin və Paris Sen-Jermen yığmasının hücumçusu Lionel Messi Braziliya yığması ilə üçqat dünya çempionu Pelenin ölümünə münasibət bildirib.

Qaynarinfo bu barədə "Rosbalt"a istindla xəbər verir.

"Rahat yat, Pele", - deyən Messi paylaşdığı şəklin altında yazıb.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo da öz növbəsində görkəmli futbolçunun vəfatı ilə bağlı başsağlığı verib.

"Milyonlar üçün əbədi ilham qaynağı. Onun mənə həmişə göstərdiyi məhəbbət, paylaşdığımız bütün anlarda, hətta uzaqdan da olsa, qarşılıqlı idi", - Ronaldo qeyd edib.

Pele dekabrın 29-da San-Pauludakı özəl klinikalardan birində dünyasını dəyişib. O, bağırsaq xərçənginin ağırlaşması səbəbindən noyabrın 29-dan xəstəxanaya düşüb. Jurnalistlər futbolçunun bağırsaq xərçəngi ilə mübarizədə orqanizmi artıq kimyaterapiyaya reaksiya vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü yazıb.

Dekabrın 26-da Pelenin ailə üzvləri və yaxınları ilə vidalaşdığı məlum olub.

Alpər