Xəbər lenti

“Milan” amerikalı ulduzu transfer etdi
İdman 11:50 14.07.2023

“Milan” amerikalı ulduzu transfer etdi

"Milan” daha bir ulduzla heyətini gücləndirib.

Qaynarinfo-nun məlumatına görə, Milanın eyniadlı təmsilçisi Kristian Pulişiçi transfer edib. Klubdan verilən açıqlamada 24 yaşlı vingerlə 2027-ci ilə qədər müqavilə imzalandığı açıqlanıb. Müqaviləsində 1 il uzadılma maddəsi də olan Pulişiçin 11 nömrəli formanı geyinəcəyi bildirilib.

İngiltərə mətbuatında transferin 20 milyon funt-sterlinqə başa gəldiyi iddia olunub.

Karyerasına Dortmund "Borussiya"sında başlayan Pulişiç 2019-cu ildə 58 milyon funt-sterlinqə "Çelsi"yə keçmişdi.

UEFA Çempionlar Liqası, UEFA Superkuboku və FIFA Klublararası Dünya Çempionatının qalibi olan amerikalı futbolçu "Çelsi”nin heyətində meydana çıxdığı 145 oyunda 26 qola, 21 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->