Xəbər lenti

İdman 12:15 20.10.2022

"Milan"ın futbolçusunun evini soydular, nişanlısı və 6 aylıq körpəsi...

"Milan"ın fransalı futbolçusu Teo Hernandez xoşagəlməz hadisə ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, iki gün öncə axşam saatlarında Hernandezin Varese şəhərin şəhərindəki villasına bir qrup oğru girib.  Cinah müdafiəçisinin evinə soxulan oğrular onun nişanlısına hücum edib və müəyyən məbləğdə pul oğurlayaraq qaçıblar.

Ulduz futbolçunun nişanlısı Zoe Kristofoli və 6 aylıq körpəsinə hücum edərək, evdəki seyfi zorla açıb və futbolçunun minlərlə avro məbləğində pulunu oğurlayıblar. Polisin açıqlamasına görə, oğrular Teonun evdən getməsini gözləyib və hərəkətə keçmək üçün mütəşəkkil plan hazırlayıblar. Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam edir və təhlükəsizlik kamerası qeydləri araşdırılır.

Ötən həftə "Yuventus"un argentinalı futbolçusu Anxel Di Mariya da eyni halla üzləşmişdi. Lakin həmin vaxt futbolçu evdə olmuş və təhlükəsizlik qüvvələrinin vaxtında müdaxiləsi ilə bu cəhdin qarşısı alınmışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->