Xəbər lenti

Millimiz Bakıda İngiltərəyə böyük hesabla uduzdu
İdman14:00 22.03.2024

Millimiz Bakıda İngiltərəyə böyük hesabla uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
"Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
Avropa çempionatı
Seçmə mərhələ
F qrupu
22 mart
Azərbaycan - İngiltərə 1:5
Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25; 67. Noni Madueke, 29. Teylor Harvud-Bellis, 53. Arçi Qrey, 88.
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina).
Bakı, "Qarabağ Arena”.