Xəbər lenti

Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Siyasət20:49 13.10.2026

Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xorvatiyanın paytaxtı Zaqrebdə "Deqloballaşma dövründə Enerji və Qida Suverenliyi" mövzusunda keçirilən 10-cu Beynəlxalq Enerji Forumunun panel müzakirələrində Azərbaycan-Aİ enerji əməkdaşlığından bəhs olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov "X" sosial şəbəkə hesabında yazıb.

"Çıxışımda əsas diqqət Azərbaycan-Avropa İttifaqı (Aİ) enerji əməkdaşlığına, Bakının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə, ən yüksək siyasi səviyyə də daxil olmaqla bütün səviyyələrdə ikitərəfli mübadilələrin artan intensivliyinə, bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivlərinə və Asiya ilə Avropa arasında bağlantıların gücləndirilməsində Orta Dəhlizin artan strateji əhəmiyyətinə yönəldilib", - səfir bildirib.