
Hollivud ulduzları Keri Russell və Mattey Ris 13 ilə yaxındır birlikdə olsalar da, münasibətlərini rəsmiləşdirməyə tələsmirlər. Məşhur aktrisa evlənmək istəməməsinin səbəblərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 50 yaşlı Keri Russell komediyaçı Çelsi Handlerin “Dear Chelsea” podkastında qonaq olarkən bu mövzuya münasibət bildirib.
Aktrisa artıq bir dəfə böyük toy mərasimi keçirdiyini xatırladaraq, evliliyin hər kəs üçün fərqli məna daşıdığını söyləyib. Onun sözlərinə görə, əvvəllər insanlar hətta kredit kartı əldə etmək üçün də evlənirdilər, lakin indi bunun üçün nikaha ehtiyac yoxdur. Russell soyadını dəyişmək istəmədiyini də vurğulayıb.

2013-cü ilin sonlarından münasibətdə olan cütlüyün 2016-cı ildə dünyaya gələn Sam adlı oğlu var. Russell 2007–2014-cü illərdə inşaatçı Shane Deary ilə evli olub. Bu nikahdan onun River və Villa Lou adlı daha iki övladı var.
Aktrisa podkastda Mattey Risin “Emmi” mükafatlandırma mərasimindəki çıxışına da toxunub. Bu il iki “Emmi” mükafatı qazanan Ris daha əvvəlki çıxışlarından birində sevgilisinə evlilik təklifi etsəydi, onun özünü yumruqla qarşılayacağı barədə zarafat etmişdi.

Cütlük münasibətlərini uzun illərdir ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır. Onların sözləri və açıqlamaları isə evlilik planlarının hələlik gündəmdə olmadığını göstərir.
Aydın