Xəbər lenti

Millimizi Macarıstana kim aparacaq?
İdman 14:35 11.05.2024

Millimizi Macarıstana kim aparacaq?

Bu gün AFFA-nın növbəti İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb.

Qaynarinfo idman.biz-ə istinadən xəbər verir ki, mayın 13-də keçiriləcək toplantıda Azərbaycan millisinin baş məşqçisi məsələsi müzakirə olunmayacaq.

Yığma ilə bağlı məsələ iclasın gündəliyində yer almayıb. Bu isə o deməkdir ki, ən azı növbəti toplantıya qədər millimiz baş məşqçisiz qalacaq. Yəni komanda hələ də məşqçi Arif Əsədovun sərəncamında olacaq.

Komandamız iyunun əvvəlində Macarıstanda toplanışda olacaq. Milli ayın 7-də Albaniya, 4 gün sonra Qazaxıstanla qarşılaşacaq. Heyətin açıqlanması və toplanışın startı ilk oyundan bir neçə gün əvvələ təsadüf edəcək.

Komitənin iclasından sonra təxminən üç həftə vaxt qalacaq. Bu müddətdə üzvlərin yenidən bir araya gəlməsi və baş məşqçi təyin etməsi real deyil. Ümumiyyətlə, İcraiyyə Komitəsinin bir ayda iki dəfə toplanması nadir hallarda baş verir. Hətta oyuna qədər daha bir iclas baş tutsa da, baş məşqçinin müzakirəsi və onun təyinatının reallaşmasına çox az vaxt qalacaq. Bir sözlə, yığmanı Macarıstana da böyük ehtimalla Əsədovun aparacağını gözləmək olar. Təbii ki, AFFA-nın İcraiyyə Komitəsinin qısa müddətdə yenidən toplanması və bu məsələni həll etməsi o qədər real olmasa da, mümkünsüz də deyil.

Qeyd edək ki, millimiz Canni de Byazinin müqaviləsi başa çatdıqdan sonra yarım ilə yaxındır baş məşqçisiz qalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->