Dünya 23:11 18.02.2024

Misir XİN Fələstindəki parçalanmaya görə HƏMAS-ı günahlandırdı

HƏMAS radikal qruplaşmasının Fələstinin rəsmi olaraq tanınan hakimiyyət orqanları ilə heç bir əlaqəsi yoxdur. 

Qaynarinfo xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Misirin xarici işlər naziri Sameh Şukri deyib. 

Onun sözlərinə görə, HƏMAS Fələstin konsensusundan kənardadır və İsrailin mövqeyini tanımır, danışıqlara girmir və eskalasiya kursundan əl çəkmir.

Şukri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini və hərəkatın maliyyə mənbələrini sual altına alıb. Misir Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, bu, HƏMAS və münaqişənin sülh yolu ilə həllini müdafiə edən Fələstin qüvvələri arasında parçalanmaya səbəb olub.

Aydın