XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırdı
Siyasət22:25 15.08.2026

Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırdı

ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat verib.

"Report"un məlumatına görə, Dövlət Departamenti müvafiq sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərib.

1992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsini məhdudlaşdırır. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ prezidentləri 907-ci düzəlişin qüvvəsinin dayandırılmasını hər il uzadır və bununla bağlı Konqresə məlumat verirlər.