Bu ilin ilk yarısında Azərbaycandan Özbəkistana 760, Qazaxıstana 218, Qırğızıstana 154, Türkiyəyə isə 85 baş diri ətlik at ixrac edilib.
Yeniavaz.com xəbər verir ki, Özbəkistana ixrac edilən bir baş atın orta gömrük dəyəri 203 dollar (346 manat), Qazaxıstana 185 dollar (314 manat), Özbəkistana 203 dollar (346 manat), Türkiyəyə ixrac edilən bir baş atın orta gömrük dəyəri isə 301 dollar (512 manat) olub.
Onu da qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin iyul ayının əvvəlinə kimi 24 min 36 baş diri at satılıb.
2016-cı il - 1 155 at (bir baş atın orta gömrük dəyəri 141 dollar)
2017-ci il - 7 619 at (148 dollar)
2018-ci il - 2 071 at (149 dollar)
2019-cu il - 461 at (188 dollar)
2020-ci il - 208 at (183 dollar)
2021-ci il - 349 at (196 dollar)
2022-ci il - 3 524 at (176 dollar)
2023-cü il - 2 793 at (185 dollar)
2024-cü il - 1 969 at (199 dollar)
2025-ci il - 2 670 at (208 dollar)
Yanvar-iyun 2026-cı il – 1 217 at (207 dollar)
Şərhlər