Xəbər lenti

Ölkə 16:17 17.04.2024

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, müğənnini qətlə yetirən Anar Həşimov 19 il "Avto Lux-Ai" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru və qanuni təmsilçisi olub. 

Qeyd edək ki, Anar Həşimov 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilən Müdafiə Nazirliyinin sabiq Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə iclasında açıqlaması ilə gündəmə gəlmişdi. Bildirilib ki, Anar Həşimovun rəhbəri olduğu şirkət Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Həmin müqavilə çərçivəsində alınan malların qiyməti şişirdilib, nəticədə 360 min manat dövlət vəsaiti mənimsənilib. Anar Həşimov isə həmin məhkəmədə "Mən "Avto Lux-Ai" MMC-də direktor olanda da əvvəlki kimi fəhləlik edib aylıq 850 manat əmək haqqımı alırdım" deyib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->