Xəbər lenti

Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır
Ölkə 15:23 06.03.2026

Nadir Qafarzadə: Kül o ailənin başına ki, hədiyyəyə görə söz-söhbət yaranır

"8 Mart - Beynəlxalq Qadınlar Günündə qadına ən gözəl hədiyyə çiçəkdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə deyib.

Onun sözlərinə görə, hədiyyə üçün alınan çiçəyin böyük və ya balaca olmasının fərqi yoxdur:

"Əsas olan diqqətdir. Bu gün sənin günündü və sən mənim diqqətimdəsən. İmkanım olanda bir dəstə gül alıram, olmayanda isə heç nə almıram. Yaxud da gülün pulunu verirəm. İndi hədiyyə almağa imkanım yoxdur deyə evdə problem yaradacaqlar? Hədiyyə imkana baxır, yoxdursa yoxdur. Mən belə şeyləri anlamıram, əsas can sağlığı və xoşbəxtlikdir”.

8 Martda diqqətdən kənar qalan qadınların bəzilərinin evində söz-söhbət yarandığı, hətta bəzən bu halın boşanmaya qədər yol açdığı barədə fikirlərə Nadir Qafarzadənin cavabı belə olub:

"Kül olsun o ailənin başına ki, qadın hədiyyə alınmadığı üçün ailəsində söz-söhbət yaradır. 8 Marta görə ailə dağıdarlar? O ailə deyil, müvəqqəti ailələrdir. Bizim evdə heç vaxt 8 Mart problemi yaşanmayıb. Ailədə qadınlara hədiyyə almayanda heç kim inciməyib, küsməyib. Çox gülüncdür, bilmirəm buna nə ad verim”.

Bahar Rüstəmli
--> -->