Xəbər lenti

Naxçıvanda istirahət mərkəzində faciə (VİDEO)
Video 22:12 05.09.2025

Naxçıvanda istirahət mərkəzində faciə (VİDEO)

Naxçıvandan gələn dəhşətli xəbər bütün ölkəni sarsıdıb.

Xezerxeber.az xəbər verir ki, istirahət mərkəzində üzən platformanın aşması nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.
Digər 2 nəfər isə təcili tibbi yardım maşınının arxasınca xəstəxanaya gedərkən qəzaya düşərək yaralanıblar.

Faciə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ayrınc kəndində baş verib.

Naxçıvan şəhər sakinləri - 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və  nənələri 1947-ci il təvəllüdlü Səkinə Məmmədova istirahətə mərkəzində gözəl gün keçirmək istəyiblər.

Qadınlar süni göldə kustar üsulla dəmir çəlləklər üzərinə qurulan üzən platformanın üstünə çıxıblar, bir az üzdükdən sonra platforma aşaraq üzü aşağı çevrilib.

Ata və oğul onlara kömək etmək istəyiblər, nənəni xilas etmək mümkün olub, amma ana və yeniyetmə qızı yox...

Nənə isə xəstəxanaya gedən yolda ürəktutmasından həyatını itirib.

Təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ata və oğul isə qəzaya düşərək yaralanıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->