Xəbər lenti

Ekonomiks 14:32 20.02.2024

Nazir sabiq prezidentə yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin 14 fevral 2024-cü il tarixli əmri əmri ilə Azər Əliyev DOST İdarə Heyətinin sədrinin müavini təyin olunub. 

Qeyd edək ki, Azər Əliyev 10 yanvar 2023-cü il tarixində DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter" Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası"nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?