Xəbər lenti

İdman 11:26 09.01.2024

"Niyə mənim uşağımla eyni imkanlara malik olmasınlar?"

İsrailin Fələstinə hücumlarına qarşı tarixi mövqe tutan "Seltik” azarkeşləri Avropada Fələstin bayrağını dalğalandırırlar.

Qaynarinfo-nun məlumatına görə, Şotlandiya klubunun azarkeşləri Fələstinə dəstəklərini davam etdirəcəklərini bildiriblər. Oyun günlərində Fələstin şərfləri, bayraqları və nişanları taxan "Seltik" tərəfdarları zülmün sona çatması lazım olduğunu bildirib.

"Seltik" azarkeşi Martin Flimn, "Bu, bizim ürəyimizə yaxın bir mövzudur. Bizim də oxşar həyat təcrübələrimiz var. "Celtic"i aclıqdan sağ çıxan insanlar qurdu. Bunu soyqırım kimi də xarakterizə etmək olar. İnsanlar ac idi. Osmanlı İmperatorluğu. Buna görə İrlandiyada bəzi futbol komandalarımızda bir hilal var. Onların həyatları boyu xoşbəxt və güvənli olmalarını, "Seltik Park"a gəlib futbol izləyə bilmələrini istəyirik. Qoy onlar matça baxsınlar burada. Niyə olmasın? Niyə mənim uşağımla eyni imkanlara malik olmasınlar?" - sözlərini deyib.

Qalan azarkeşlərin tribunalara qayıdan kimi Fələstin bayraqlarını dalğalandırmağa davam etdiklərini bildirən "Seltik" azarkeşi Co MakKenna "Onlar Fələstin bayraqlarını dalğalandırdılar. Məncə, ən böyük problem budur. Fələstin bayrağı niyə problemdir? Niyə Ukrayna bayrağı problem deyil?” - söyləyib.

Bu, "Seltik" azarkeşlərinin ilk belə addımı deyil.  Çempionat boyu bir sıra oyunlarda da Fələstini dəstəkləyən tərəfdarların müəyyən müddət tribunalara girməsi qadağan olunub. 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?