Xəbər lenti

Nuri israilli müğənniləri məhkəməyə verir (VİDEO)
Video 12:59 01.09.2025

Nuri israilli müğənniləri məhkəməyə verir (VİDEO)

Müğənni Nurinin məşhur "Gözləyirəm" mahnısı oğurlanıb. 

İsrailli müğənnilər Eyal Golan və Eden Ben Zaken mahnını öz dillərində oxuyaraq "Geri qayıtma" adlandırıblar. Onlar dueti bir neçə gün əvvəl yutubda yerləşdiriblər.

İfaçılar mahnı müəllifi kimi Sasson Ifram Shaulov adını yazıblar. Sözügedən bəstənin musiqisi Zamiq Qasımov, sözləri isə Leyli Erola məxsusdur. 

Nurinin prodüseri, aparıcı Lamiyə Ələkbərova bildirib ki, bəstəni müəlliflərdən pulla alıblar. Hətta müəllif hüquqlarından qeydiyyatdan keçərək, mahnının bütün hüquqlarını Nuri alıb. 

L.Ələkbərova bildirib ki, bununla bağlı ciddi addım atmağı düşünürlər. Onlar ifaçıya xəbərdarlıq edib, hüquqlarının bərpa olunmasını tələb edəcəklər. Aparıcı əlavə edib ki, əgər məsələ həllini tapmasa qarşı tərəfi məhkəməyə verəcəklər. 

Qeyd edək ki, Nuri mahnını 2015-ci ildə, israilli ifaçılar isə 2025-ci ildə oxuyub.//Axşam.az 




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->