Xəbər lenti

Oqtay Şirəliyevin oğlu sədr müavini oldu (ÖZƏL)
Ekonomiks 13:14 20.06.2022

Oqtay Şirəliyevin oğlu sədr müavini oldu (ÖZƏL)

"Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) sədr müavini təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Murad Şirəliyev "Azərsığorta”nın İdarə Heyəti sədrinin müavini təyin edilib. O, bundan əvvəl sədrin müşaviri vəzifəsində çalışıb.

"Azərsığorta” mətbuat katibi Elnur Hüseynquluyev Qaynarinfo-ya bildirib ki, bununla bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə "Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb. O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->