Xəbər lenti

Paris polisi 14 iyul bayramından sonrakı gecə 62 yanğın hadisəsi qeydə alıb
Dünya 16:12 15.07.2023

Paris polisi 14 iyul bayramından sonrakı gecə 62 yanğın hadisəsi qeydə alıb

Paris polisi ölkədə milli bayram olan Bastiliyanın alınması gününün qeyd edildiyi iyulun 14-dən sonrakı gecə Fransa paytaxtında və onun ətraf ərazilərində 62 yanğın hadisəsi qeydə alıb, 53 nəfər saxlanılıb.

Qaynarinfo bu barədə BFMTV kanalına istinadən xəbər verir.

Qeyd olunur ki, rəqəmlər ötən illə müqayisədə xeyli azdır. Kanalın materialında deyilir ki, milli bayram günü həbslərin sayı 80%, yanğınların sayı isə 70% azalıb.

Daha əvvəl telekanal Daxili İşlər Nazirliyinə istinadən xəbər vermişdi ki, Fransada iyulun 14-dən sonra gecə saatlarında 96 nəfər həbs edilib, 255 avtomobil yandırılıb, hüquq-mühafizə orqanlarına qarşı 51 dəfə atəşfəşanlıq edilib. Polis, jandarm və yanğınsöndürənlər arasında 7 nəfər yaralanıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin də öz növbəsində "Twitter" səhifəsində yazıb ki, bu il iyulun 14-də baş verən iğtişaşların səviyyəsi 2022-ci illə müqayisədə xeyli aşağıdır. Nazir bu günlərdə ölkədə yerüstü ictimai nəqliyyatın hərəkətinin yerli vaxtla saat 22.00-da dayandırılacağını da açıqlayıb və iyulun 15-dək nümayişlərə qadağa qoyulacağını açıqlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->