Xəbər lenti

Paşinyan təkzib etdi: Qarabağda mülki əhali arasında kütləvi itkilər olmayıb
Siyasət 19:04 21.09.2023

Paşinyan təkzib etdi: Qarabağda mülki əhali arasında kütləvi itkilər olmayıb

"Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir".

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda atəşkəs rejiminə ümumilikdə əməl olunduğunu qeyd edib.

"Bizdə məlumat var ki, bir gün əvvəl Xocalı hava limanına 10 mindən çox insan dəvət olunub. Onlara deyiblər ki, gəlin, çünki siz Ermənistana köçə bilərsiniz, sonra onların şəklini çəkib, lentə alıblar və deyiblər ki, Ermənistan sizə köçməyə icazə vermir. Bu fotoşəkillər dərc olunub və mənə aydındır ki, bu, Ermənistan Respublikasında daxili siyasi təlatüm və xaos yaratmaq üçün edilir”, düyə Paşinyan əlavə edib.

Baş nazir paytaxtdakı son aksiyalara da toxunub. Onun sözlərinə görə, 1997-1998-ci illərdə baş verən eyni hadisələr təkrarlanır:

"Qarabağ məsələsindən daxili intriqa üçün istifadə olunur”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->