İdman 17:28 31.12.2022

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Dekabrın 29-da dünyasını dəyişmiş əfsanəvi futbolçu Pelenin anası Selesta Arantes oğlunun ölümündən xəbərsizdir.

Qaynarinfo-nun məlumatına görə, bu barədə mərhumun bacısı Maria Lusia do Naskimento açıqlama verib. 

"Biz onunla danışırıq, amma vəziyyəti bilmir. O, öz aləmindədir. Mən Pelenin adını çəkəndə və "biz onun üçün dua edəcəyik" deyəndə gözlərini açır. Lakin dediklərimin fərqində deyil", - deyə Maria bildirib. 

Qeyd edək ki, Selesta Arantes ötən ay 100 yaşını qeyd edib. Pele 82 yaşında vəfat dünyasını dəyişib. Əfsanəvi forvard yanvarın 3-də dəfn olunacaq.