Xəbər lenti

Peskovdan Paşinyanın Azərbaycanla bağlı bəyanatına cavab
Siyasət 15:57 20.11.2023

Peskovdan Paşinyanın Azərbaycanla bağlı bəyanatına cavab

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan, Bakı və müharibəyə hazırlıqla bağlı bəyanatından xəbərsizdir. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə jurnalistlərə Ermənistan hökumətinin başçısının Cənubi Qafqaz regionunda yeni eskalasiya təhlükəsi barədə sözlərini şərh edərkən deyib.

"Təəssüf ki, mən heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatlarla tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tam fərqli bəyanatlar eşitmişik ki, onlar da bir mərhələnin başa çatmasından danışırlar, onlar sülh müqaviləsi bağlamağa hazırdır. Ona görə də indi cənab Paşinyanın bəyanatlarının bu hissəsi barədə konkret heç nə deyə bilmərəm”, deyə Peskov bildirib.

Xatırladaq ki, noyabrın 18-də Nikol Paşinyan ATƏT PA-nın iclasındakı çıxışında rəsmi Bakının "Qərbi Azərbaycan”la bağlı bəyanatlarının sülh prosesinə əsas maneə olduğunu bildirmişdi. O vurğulayıb ki, İrəvanda bunu regionda yeni hərbi təcavüzə hazırlıq kimi qiymətləndirirlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->