Polis Fransanın sabiq prezidenti Nikola Sarkozini mümkün təhdidlərə görə həbsxanada 7/24 qoruyur.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunes "Europe 1” radiosuna müsahibəsində bildirib.
"Aydındır ki, o, hamı kimi vətəndaşdır, lakin keçmiş prezidentin üzləşə biləcəyi daha ciddi təhlükələr var", deyə nazir qeyd edib.
Daxili işlər naziri qeyd edib ki, o, həbsxanada Sarkozinin mühafizəsi üçün polis əməkdaşlarının yerləşdirilməsinə şəxsən qərar verib.
Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasını çəkəcəyi Paris həbsxanasına yollanıb. Siyasətçi həbs olunmazdan əvvəl verdiyi son bəyanatında qeyd edib ki, məhbuslar arxasına keçmiş prezident deyil, günahsız bir şəxs salınır.
Onun vəkilləri onun Milad bayramına qədər azad ediləcəyinə əmindirlər.
Aydın
Şərhlər