Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa bildirib ki, NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiya ilə mümkün münaqişəyə hazırlaşmaq üçün 3 il vaxtı var.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Nasz Dziennik"ə müsahibəsində danışıb.
"Müharibədən qaçmaq istəyiriksə, şərq cinahda yerləşən NATO ölkələri qarşıdurmaya hazırlaşmaq üçün daha qısa - 3 illik zaman üfüqünü qəbul etməlidir", deyə Severa bildirib.
O vurğulayıb ki, bu müddət ərzində hərbi potensialı artırmaq lazımdır ki, bu da Moskvaya aydın siqnal verəcək.
Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri həmçinin qeyd edib ki, Rusiya hərbi-sənaye kompleksi üç növbədə işləyir və yaxın bir neçə ildə öz potensialını artıra biləcək.
Aydın
Şərhlər