Xəbər lenti

Polşa XİN Gürcüstanın Aİ-yə namizəd statusunu Saakaşvilinin taleyi ilə bağladı
Dünya 18:38 02.11.2023

Polşa XİN Gürcüstanın Aİ-yə namizəd statusunu Saakaşvilinin taleyi ilə bağladı

Polşa Gürcüstana Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusunun verilməsini eks-prezident Mixail Saakaşvilinin məsələsinin həlli ilə əlaqələndirir. 

Qaynarinfo xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

"Əgər söhbət gürcü demokratiyasının vəziyyətinin yaxşılaşdırılmasından gedirsə, qanunun aliliyindən danışırıqsa, deməli, Gürcüstan bu sahədə mühüm irəliləyiş əldə edib. Bununla belə, bizim Gürcüstanla bağlı müəyyən gözləntilərimiz var, xüsusən də söhbət keçmiş prezident Mixail Saakaşvilinin sonrakı taleyi, onun səhhəti kimi müəyyən vacib məsələlərdən gedir", deyə Rau Berlində Avropa İttifaqının genişlənməsinə dair konfransda deyib.

O vurğulayıb ki, Gürcüstan "bəzi şeyləri düzəltməlidir" Buna baxmayaraq, Rau əmin olduğunu bildirib ki, Tiflis Avropa ailəsində səmimi qarşılanmağa layiqdir.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, əgər ölkə Aİ üzvlüyünə namizəd statusu almasa, bu, qurumun strateji səhvi və gürcü xalqının təhqiri olacaq. "Gürcü Arzusu - Demokratrik Gürcüstan" Partiyasının üzvü, parlamentin vitse-spikeri Arçil Talakvadze isə bildirib ki, ölkəsik bütün istiqamətlər üzrə Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->