Polşanın sabiq baş naziri Mateuş Moravetski Qazaxıstan, Avstraliya və Kolumbiyadan kömür alınması zamanı 1,3 milyard zlotı (370 milyon dollar) dələduzluqda iştirak etməkdə şübhəli bilinir.
Qaynarinfo xəbər verir ki, bu barədə respublikanın Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski "TVP Info" kanalında bildirib.
Onun sözlərinə görə, Strateji Ehtiyatlar üzrə Dövlət Agentliyi (RARS) prokurorluğa keçmiş baş nazirin büdcədə maliyyə itkiləri ilə nəticələnən cinayətin törədilməsində mümkün iştirakı ilə bağlı bildiriş göndərdikdən sonra Moravetski hökumətinin kömür fırıldağı ilə bağlı artıq fakt mövcuddur.
Ekspertlərin qiymətləndirmələrinə istinad edən Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, idxal edilmiş kömürün satışı nəticəsində dövlət ən yaxşı halda 300 milyon zlotı geri ala biləcək - yəni alınan məbləğin maksimum 1/4-i, büdcənin geri dönməyən itkisi isə təxminən 1 milyard zlotı təşkil edəcək.
RARS-ın sənədlərində göstərilir ki, hökumətin 2022-ci ildə Polşa ev təsərrüfatlarının ehtiyacları üçün üçüncü ölkələrdən aldığı 750 min ton kömürün 40%-i istifadəyə yararsız çıxıb, çünki məhsul rudların zənginləşdirilməsi zamanı yaranmış qırıntılardan ibarət olub.
Təhlükəsizlik araşdırması zamanı müəyyən edilib ki, kömürün yarısı (54%) Qazaxıstandan, 1/3-i (31%) Kolumbiyadan, qalan 14%-i isə Avstraliyadan idxal edilib. Hər hansı ölkənin tullantı göndərdiyi məlum deyil.
Nəticədə büdcə istifadəyə yararlı kömürün əlavə alınması ilə bağlı zərərlərə məruz qalıb və "tullantı”nın saxlanması üçün anbar xərcləri səbəbindən 200 milyon zlotı (57 milyon dollar) itirib.
Keyfiyyətsiz kömür Polşa tərəfindən Rusiya idxalından imtina edildikdən sonra alınıb. Ölkə hakimiyyəti enerji sektorunda kömür istehlakını azaltmaq niyyətində olduqlarını açıqlamışdı. Nəticədə Polşada satılmamış yerli daş kömür ehtiyatları toplanmış və onların saxlanması üçün dövlət büdcəsindən böyük məbləğlər sərf olunub
Aydın
Şərhlər